​İlham Zəkiyev: "Növbəti Yay Paralimpiya Oyunlarında da uğurla çıxış etməyə çalışacağam"

​İlham Zəkiyev: "Növbəti Yay Paralimpiya Oyunlarında da uğurla çıxış etməyə çalışacağam"
10:57 4 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Portuqaliyanın paytaxtı Lissabonda qızıl medal qazandığı Avropa çempionatından danışıb. 35 yaşlı idmançı çempionatda Azərbaycan millisinin 9 idmançısından 8-nin medala sahib olduğunu bildirib. 
İ.Zəkiyev 6-cı dəfə Avropa çempionu olmaqdan əlavə, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya da qazanıb. O, keçirdiyi görüşlər haqda ətraflı danışıb: "Yarışda 3 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışıq. Yarımfinalda ingiltərəli idmançı ilə görüşdüm. Onunla dünya çempionatında da güləşmişdim və rəqibimi tanıyırdım. İngiltərəli rəqibimi "ippon"la məğlub edib finala çıxdım. Finalda da çoxdankı rəqibim rusiyalı Qaydar Qaydarovla üz-üzə gəldim. Onunla da görüş uzun çəkmədi və yenə də "ippon"la qalib gəldim. Bununla da 6-cı dəfə qitənin ən güclüsü oldum və ardıcıl 4-cü Yay Paralimpiya Oyunlarında iştirakımı təmin etdim. Əvəllərki Oyunlarda 2 qızıl, 1 gümüş medal qazanmışam. "Rio-2016"da da uğurla çıxış etməyə çalışacağam". 
Tanınmış idmançı Lissabonda komanda yarışlarında da uğurla çıxış etdiklərini söyləyib: "Çempionatın sonuncu günü komanda yarışı da oldu. Ukrayna millisini 3:2, yarımfinalda isə İspaniya yığmasını 4:1 hesabı ilə məğlub etdik. Finalda köhnə rəqiblərimizdən olan Rusiya yığması ilə görüşdük və 3:2 hesabı ilə qalib gələrək 4-cü dəfə komanda şəklində Avropa çempionu olduq".
Qeyd edək ki, İlham Zəkiyev həm də "Bakı 2015" I Avropa Oyunlarının qalibidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/i-lham-zekiyev-o-bize-salam-verende-dunyanin-en-xosbext-insani-olurduq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR