ETSN: Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 60-90 faizini təşkil edib

ETSN: Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 60-90 faizini təşkil edib
11:07 4 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 15-32 mm (aylıq normanın 60-90 faizi), Lənkəran-Astara zonasında 13-52 mm (aylıq normanın 70-128 faizi), Lənkəranda 130 mm (aylıq normanın 127 faizi), Mərkəzi Aran rayonlarında 18-38 mm (aylıq normanın 87-132 faizi), Böyük Qafqazda 5-35 mm (aylıq normanın 70-90 faizi), Kiçik Qafqazda 7-17 mm (aylıq normanın 27-57 faizi) təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17, Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 sm təşkil edib.  



Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/etsn-bakida-ve-abseron-yarimadasinda-dusen-yagintinin-miqdari-ayliq-normanin-60-90-faizini-teskil-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR