Bolqarıstanın Ruse şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

Bolqarıstanın Ruse şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir
11:07 4 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Bolqarıstan Azərbaycan ilə xarici əlaqələrin möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında maraqlıdır. "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Ruse şəhərinin meri Plamen Stoilov məlumat verib.
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovla görüşən mer "biz qabaqcıl təcrübə və birgə təşəbbüslərin fəal mübadiləsi üçün açığıq" söyləyib. O, həmçinin Ruseni Azərbaycan şəhəri ilə qardaşlaşdırmaq istədiyini bildirib.
Şəhər başçısı eyni zamanda şəhərin infrastruktur layihələrini təqdim edərək, bununla daha çox turist cəlb edə biləcəklərinə inandığını deyib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bolqaristanin-ruse-seheri-azerbaycan-seheri-ile-qardaslasmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR