Müəyyən olunmamış yerdən keçən piyadanı Bakı-Sumqayıt qatarının küləyi kənara atıb

11:13 4 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Dünən Bakı-Sumqayıt qatarının 24 yaşlı qızı vurması məsələsinə aydınlıq gətirilib.

Trend-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, əslində qızı qatar vurmayıb. Belə ki, Çinarə Sadıqova Bakı-Sumqayıt qatarının qarşısından keçərkən müəyyən olunmamış yerdən istifadə edib. Nəticədə qatarın sürəti Ç.Sadıqovanı kənara atıb: “Qatarın keçdiyi Keşlə qəsəbəsində insanların keçməsi üçün piyada keçidi var. Çinarə Sadıqova isə müəyyən olunmuş yerdən keçməyib. Qatar da saatda 80 sürətlə gəlir. Bu zaman qatarın küləyi Çinarə Sadıqovanı vurmayıb, sadəcə kənara atıb. Aldığımız məlumata görə, xəstəxanaya aparılan xanım, vəziyyəti normal olduğundan oradan evinə buraxılıb”.

N.Əzməmmədov dünən Bakı-Köçərli-Balakən sərnişin qatarında yaranmış problemə də aydınlıq gətirib: “Qatarın hərəkətində yaranan problemə küləkli hava səbəb olub. Əlverişsiz hava şəraiti zamanı sərnişinlərin təhlükəsizliyi üçün qatarlarda sürət azaldılır. Pis hava üzündən qatar mənzil başına bir saat gecikmə ilə çatıb”

Qeyd edək ki, dünən Bakı-Köçərli-Balakən qatarında texniki nasazlığın yaranması barədə məlumatlar yayılmışdı.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR