Türk serialı İsraildə reytinqləri alt-üst etdi

Türk serialı İsraildə reytinqləri alt-üst etdi
07:36 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Türkiyənin özəl telekanallarından birində nümayiş olunan, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan “Muhteşem Yüzyıl” (Möhtəşəm əsr) serialı İsraildə böyük rəğbətlə qarşılanıb.

ANS PRESS-in məlumatına görə, mübahisələrə səbəb olan serial İsraildəki rus dilli “Kanal 9” televiziyasında yayımlanmağa başlayıb. Serialın əldə etdiyi reytinq isə yerli mətbuat tərəfindən təəccüblə qarşılanıb. “Kanal 9”un əməkdaşlarından biri isə, texniki nasazlıq səbənidən serialın yayımlanmadığı bir gün kanalın bütün gün telefon zənglərinə məruz qaldığını deyib.

Mütəxəssislər isə serialın reytinq qazanmasına, yaxşı hazırlanmış qədim kostyumları, templi səhnələri, aktyorların nümayiş etdirdiyi yüksək məhsuldarlığı və ssenaridəki siyasi intriqaları səbəb kimi göstərirlər.

Yerli “Haaretz” qəzeti, serialın Rusiya, Ukrayna, Balkan və Şərqi Avropa ölkələrində 200 milyon tamaşaçı tərəfindən izləndiyini xatırladıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR