"Caspian Development Bank" müştərilərə "Yenisinə dəyiş" konseptini təqdim edir

"Caspian Development Bank" müştərilərə "Yenisinə dəyiş" konseptini təqdim edir
11:23 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
"Caspian Development Bank" (CDB) ASC müştərilərə "Yenisinə dəyiş" konseptini təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, məqsəd müştərilərə bank sahəsi ilə əlaqəli bütün xidmət və məhsulları yenisinə dəyişməyi təklif etməkdir. "Shamans Creativ" agentliyi ilə birgə hazırlanmış "Yenisinə dəyiş" konseptində "Avtomobil krediti", "İpoteka krediti", "Mikro kredit", "Nağd kredit", "Təmir krediti", "Sürətli pul köçürmələri", "Ödəniş kartları" və sair xidmət və məhsul növləri yer alıb. Bu konseptlə bank keyfiyyətli, operativ xidmət, müştəri məmnunluğu ilə yanaşı, bank sahəsində bir çox yeniliklər vəd edir. 2016-cı ildə bank öz məhsul və xidmətlərini məhz bu konsept ilə ictimaiyyətə təqdim etməyi planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR