Dövlət Baytarlıq Xidməti "murdar ət" reydləri davam edir

Dövlət Baytarlıq Xidməti "murdar ət" reydləri davam edir
11:24 4 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 3-də Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb. İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (Stansiyasında) 90cx615 dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

 

Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı heyvanın öldükdən (murdar olduqdan) sonra başı kəsilib və satış üçün nəzərdə tutulduğu məlum olub.

Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilib

Qeyd edək ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək.

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR