Andorranın baş naziri: “Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir”

Andorranın baş naziri: “Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir”
11:32 4 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Andorra Knyazlığının Baş naziri Antoni Marti Petitlə görüş keçirilib. 
Bu barədə "Report"a DİDK-nin mətbuat xidmətindən məlumat verilib. 
Antoni Marti Petit bu ölkənin sabiq hökumət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyqi və Mərkəzin Baş katibi Rövşən Muradovu qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda baş tutan Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi Ali səviyyəli toplantı haqqında Baş nazir A.M.Petitə geniş məlumat verib.
O.Ribas həmçinin, 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün Mərkəzin həmsədrləri adındandəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.
A.M.Petit isə öz növbəsində Foruma dəvətlə əlaqədar təşəkkürünü bildirib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin muzakirə edilməsində əhəmiyyətini vurğulayıb. Baş nazir Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/andorra-nizami-gencevi-beynelxalq-merkezinin-tesebbuslerini-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR