“Gənclik” Xalq Teatrı “Şöhrət ardınca” komediyasını tamaşaçılara təqdim edib

“Gənclik” Xalq Teatrı “Şöhrət ardınca” komediyasını tamaşaçılara təqdim edib
11:38 4 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 4 dekabr, AZƏRTAC
Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Tofiq Həsənovun “Şöhrət ardınca” birpərdəli komediyasını tamaşaçılara təqdim edib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədov çıxış edərək Naxçıvan Şəhər Xalq Teatrının 1973-cü ildən Naxçıvan şəhər 1 nömrəli mədəniyyət evində dram dərnəyi kimi fəaliyyətə başladığını, 1978-ci ildə kollektivə xalq teatrı statusu verildiyini bildirib.
Qeyd edilib ki, teatrın səhnəsində müxtəlif illərdə maraqlı səhnə əsərləri oynanılıb. “Ezop”, “Bəxtsiz cavan”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif” kimi pyeslər xalq teatrının kollektivi tərəfindən uğurla səhnəyə qoyulub. Xalq teatrının səhnəsində vaxtilə çalışmış bir sıra aktyor və aktrisalar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüblər. Onlar bu gün də teatr sənətimizə öz töhfələrini verirlər.
Sonra Tofiq Həsənovun “Şöhrət ardınca” birpərdəli pyesi göstərilib.
Kiçikhəcmli pyesin mövzusu sosializm quruluşu dövründə Azərbaycanın taxılçılıq və heyvandarlıq təsərrüfatından götürülüb. Kolxozun sədri Zəbi Qəniyev vəzifəsindən sui-istifadə edərək təsərrüfatda əliəyriliklə məşğuldur.
Qeyd edək ki, “Şöhrət ardınca” tamaşasının musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədov, rəssamı Günel Mustafayevadır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclik_Xalq_Teatri_Sohret_ardinca_komediyasini_tamasachilara_teqdim_edib-908163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR