Bu il Azərbaycana 44 məhkum ekstradisiya edilib

Bu il Azərbaycana 44 məhkum ekstradisiya edilib
11:44 4 Dekabr 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu il ərzində cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün Azərbaycana təhvil verilən məhkumların sayı açıqlanıb.

 

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, cari il ərzində (01.12.2015-ci il tarixədək) 44 məhkum cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün məhkum olunduqları ölkələrdən Azərbaycana gətirilib.

 

Məlumata görə, təkcə bu il ərzində Gürcüstan, Rusiya, Türkiyə, İran və Çin tərəfi ilə məhkumların öz ölkələrinə verilməsi məsələsi, beynəlxalq öhdəliklərə riayət olunması, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması, çevikliyin təmin olunması üzrə danışıqlar aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR