Yağış kürdəmirlinin ölümünə səbəb oldu

Yağış kürdəmirlinin ölümünə səbəb oldu
11:52 4 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində Kürdəmir-Ağsu-İmişli yolunun 28-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Kürdəmir rayonunun Cəyli kənd sakini, 31 yaşlı Ceyhun Münasib oğlu İsmayılov idarə etdiyi "Daewoo-Nexia" markalı minik maşını ilə yolu keçən piyada,  rayonun Şıxımlı kənd sakini 34 yaşlı Rəfail  Cəbrayıl oğlu Quliyevi  vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qəzaya hava şəraitinin yağışlı keçməsi səbəb olub. Faktla bağlı Kürdəmir Rayon Polis Söbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR