Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Oğuzda müayinələr keçirir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Oğuzda müayinələr keçirir
12:03 4 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Oğuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin oftalmoloji müayinəsini keçirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət səyyar briqada dekabrın 3-dən müayinələrə başlayıb. Aksiyada göz problemlərindən əziyyət çəkən 100 nəfərdən artıq şəxs institutun peşəkar mütəxəssisləri tərəfindən müayinə olunub. Bundan əlavə, 10 nəfərin üzərində göz əməliyyatları icra edilib. Ümumilikdə 200-dən artıq xəstənin müayinə və müalicəsi, 30-a yaxın şəxsin cərrahiyyə əməliyyatı nəzərdə tutulub.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR