Dağlarda qar gözəldir, amma... - FOTO

Dağlarda qar gözəldir, amma... - FOTO
12:05 4 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Dağ rayonu olan Gədəbəyə ötən gün axşam saatlarından güclü qar yağmağa başlayıb. Kəpəz TV-nin (Region TV) ərazidə olan əməkdaşının məlumatına görə, rayon mərkəzində qarın qalınlığı 10-15, dağlıq yerlərdə isə 25-30 sm-ə çatır. Hava şəraiti ilə əlaqədar yollarda avtomobillərin hərəkətində müəyyən problemlər yaranıb, lakin xoşbəxtlikdən, indiyədək heç bir yol qəzası qeydə alınmayıb. Rayon Yol İstismar İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçib. Hazırda yollara duz-qum qarışığı səpilir. 

Qarlı-şaxtalı hava Şəmkirin Çənlibel, Seyidlər və Qasımalılar kəndlərində də müşahidə olunur. Bu ərazilərdə qarın qalınlığı 10 sm-ə çatır. Yasamal aşırımlarında avtomobillərin hərəkəti üçün problemlər yaranıb, bu səbəbdən bəzi nəqliyyat vasitələri yolun yarısında dayanmalı olub. "Azəryolservis" ASC-nin yerli strukturlarının texnikası və canlı qüvvəsi ərazidə iş aparır. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR