"Yanacaq karvanı"nın sirri açıldı - İraq kürdlərinə məxsusdur

"Yanacaq karvanı"nın sirri açıldı - İraq kürdlərinə məxsusdur
12:14 4 Dekabr 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyi tərəfindən İŞİD-in Türkiyəyə neft göndərməsinin sübutu kimi təqdim etdiyi görüntülərdə əks olunan yanacaq daşıyan avtomobillər İraq kürdlərinə məxsusdur.

APA-nın “Daily Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu İraq Kürdüstanı parlamentinin rəhbəri Şerko Cavdat deyib.

 

Ş. Cavdatın sözlərinə görə, sözügedən avtomobillər İraq Kürdüstanından Türkiyənin Ceyhan terminalına doğru hərəkət edir. “Bu, sirr deyil”, - deyə o vurğulayıb.

 

Parlament spikeri Rusiyanın təqdim etdiyi sübutların etibarlı mənbələrə əsaslanmadığını qeyd edərək, kürd peşmərgələrinin İŞİD-lə mübarizə aparan əsas qruplardan biri olduğunu və Rusiyanın neft şirkətləri İraqKürdüstanında fəaliyyət göstərdiyini xatırladıb: “Ümid edirik, Rusiya Türkiyənin İŞİD-lə neft sövdələşməsinə dair məlumatları dəqiqləşdirməyə çalışacaq”.

 

Qeyd edək ki, dekabrın 2-də Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyəyə neft daşındığını təsdiqləyən faktlara malik olduqlarını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ittihamları rədd edərək heç kimin Türkiyəyə iftira atmağa haqqı olmadığını bəyan edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR