Fəthullah Gülənin səsi ilə işgəncə verdilər

Fəthullah Gülənin səsi ilə işgəncə verdilər
07:36 30 Dekabr 2014
129 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəli jurnalist, yazıçı Yaqub Kösə həbsxanada ona verilən işgəncədən söz açıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə dekabrın 15-də saxlanılan, on gün sonra 7 ilə yaxın həbsə məkum edilən jurnalist Yaqub Kösədən “Yeni Şəfəq” qəzeti müsahibə alıb.

O, müsahibəsində necə yaxalandığını danışıb: “Həmişəki kimi işdən çıxdım və evə getmək üçün ikinci avtobusa mindim. “Twitter”ı açdım və “paralel hökumətə vurulan hər zərbə İsrailə vurulan zərbədir” şəklində bəzi tvitlər yazdım. Ondan bir gün əvvəl isə “O Fəthullah Gülən buraya gələcək” deyə bir paylaşım etmişdim. Evə çatmağıma iki dayanacaq qalmışdı ki, elə bu vaxt avtobus qəfil dayandı; təhlükəsizlik kameraları olmayan bir yer idi. Ön, orta və arxa qapılardan mülki geyimlərdə şəxslər içəri girdi və onlardan ikisi yaxınlaşıb əlimə qandal taxdı.”

Bundan başqa, 14 yaşında Çeçenistanla bağlı bir aksiyaya qoşulduğu iddiası ilə saxlanılan və hətta haqqında edam cəzası çıxarılan, lakin daha sonra 10 il həbs müddəti çəkərək azadlığa çıxan Yaqub Kösə o vaxt da “paralelçi” polislərin ona əziyyət verdiyini bildirib.

“O illərdə atam ticarətlə məşğul idi “Zaman” qəzeti alırdı. Qəzetlə bağlı Gülən kasetləri tanıtım üçün verilirdi. İçində başqa qeydlər də ola bilər deyə evdən bu kasetləri götürüblər. Üç gün sonra məni yuxarıya çıxardılar və Fəthullah Gülənin kasetlərini açdılar. Sonra isə “başqaları ilə sənin nə işin var ki, Gülən kimi xocamız var ikən”, deyə məndən soruşdular və onun moizəsinin müşayiəti ilə mənə işgəncə verdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR