Müllerin taleyinə aydınlıq gəldi

Müllerin taleyinə aydınlıq gəldi
12:43 4 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu vətənində qalmağı qərara alıb.

"Mançester Siti", "Çelsi" və PSJ-nin maraq dairəsində olan 26 yaşlı hücumameylli oyunçunun bir müddət əvvəl baş məşqçi Pep Qvardiola ilə münasibəti korlanmışdı. Bu səbəbdən onun legioner həyatı yaşayacağı ilə bağlı söz-söhbət yaranmışdı. Lakin Müller "Bavariya"nın yeni müqavilə təklifini müsbət cavablandırıb. Yaxın günlərdə o, Münhen təmsilçisi ilə anlaşmasını 2021-ci ilə qədər uzadacaq.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Müller 2008-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR