Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək
12:46 4 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraiti yağıntılı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, dekabrın 5-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9 dərəcəy isti olacaq.
Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 5-i gündüzdən 7-nə qədər Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycanda-yagintili-hava-seraiti-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR