Güclü külək Bakını dağıtdı (FOTO)

Güclü külək Bakını dağıtdı (FOTO)
12:46 4 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə ölkə ərazisində müşahidə edilən hava paytaxt Bakı da daxil olmaqla bir çox regionda fəsadlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, paytaxtda əsən güclü külək bir çox tikililərin damını uçurub, ağacları, divarları aşırıb, elektrik dirəklərini qırıb. Ən çox ziyan isə Bakıətrafı qəsəbə və kəndlərin elektrik təsərrüfatına dəyib.

Masazır, Zabrat, Şüvəlan, Buzovna, Hövsan, Saray, Balaxanı, Sumqayıt şəhəri və başqa ərazilərdə xətlərin qırılması yüzlərlə adamı qaranlıqda və soyuqda qoyub.



"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin katibi Tanrıverdi Mustafayev adı şəkilən ərazilərdə işıq probleminin olduğunu təsdiqləyib. O, məsələ aydınlıq gətirərək, işığın günortadan sonra bərpa olunacağını bildirib:

"Bakıətrafı bir çox ərazilərin işıqsız qalmasına səbəb gecə radələrində güclü küləyin əsməsi olub. Buna görə, bir çox elektrik dirəkləri aşıb, elektrik naqilləri qırılaraq yerə düşüb. Amma hal-hazırda həmin ərazilərdə işlər aparılır, əməkdaşlarımız səylə çalışırlar ki, günortadan sonra bütün problemlər aradan qaldırılsın".



Kanalizasiya sisteminin bərbad olması isə yolları əsl gölə çevirib. Nəticədə maşınların su ilə ollarda hərəkəti müşkülə çevrilib, hərəkət iflic olub. Yolda ilişib qalan avtomobillərin bir çoxu evakuator vasitəsi ilə, sərnişinlər isə öz gücü ilə hadisə yerindən uzaqlaşmağa cəhd ediblər.

Görünür, havalar soyumamışdan öncə bir çox qurumların dediyi "biz qışa tam hazırıq" ifadəsi sözdən başqa şey deyil. Hər halda nəticə göz qabağındadır. Əks halda hazırlıq işləri görüləndə Bakının küləklər şəhəri olduğu nəzərə alınardı.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR