Hacıqabul-Yevlax yolunda yenidənqurma işləri tamamlanır VİDEO

12:46 4 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü ( 80 kilometr ) kilometrlik Hacıqabul-Kürdəmir və 200-287,8-ci ( 87,8 kilometr ) kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə, I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası davam etdirilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2011-ci ilin dekabr ayından başlanılan Hacıqabul-Kürdəmir, 2012-ci ilin noyabr ayından yenidən qurulmasına başlanılmış Kürdəmir-Ucar-Yevlax yollarının layiləndirilməsində müəyyən dəyişikliklərin edilməsi və digər səbəblərə görə gecikmələr baş verib.
Hazırda layihələr üzrə son tamamlanma işləri həyata keçirilir və bu ilin sonuna kimi nəqliyyat vasitələri I texniki dərəcəyə uyğun yenidən qurulmuş yoldan rahat şəkildə istifadə edə biləcəklər.
Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 5 yol qovşağı və 1 su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Girdman çayı üzərində köhnə hidravlik körpünün gücləndirilməsi ilə əlaqədar söküntü işləri yekunlaşdırılıb, svay vurma işləri aparılır.
Bundan başqa, yolda 19 yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib. Dayanacaqlarda isə səki daşlarının düzülməsi işləri yekunlaşdırılıb, yol boyu müvafiq yol nişanları quraşdırılıb.
Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri görülərək, yekunlaşdırılıb, asfalt-beton örtüyü döşənib.
Hazırda yola 5 santimetr qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir.
Ümumilikdə, Hacıqabul-Kürdəmir avtomobil yolunda görülən işlərin həcmi 94 faiz təşkil edir.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində isə 4 yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilir. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Qovşaq körpülərində işlərin 99,2 faizi, hidravlik körpülərdə isə işlərin 98,5 faizi yerinə yetirilib.
Eyni zamanda, sözügedən yolda 25 ədəd yeraltı keçiddən 13-ü inşa olunub, 12-i tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağının tikintisi artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb.
Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidənqurulması çərçivəsində bəzi hissələrdə torpaq işləri görülür. Bu istiqamətdə işlər əsasən Ağdaş rayonunun Ləki və Əmirarx kəndlərində aparılır. Həmin işlərə paralel olaraq, torpaq işlərinin yekunlaşdığı ərazilərə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 75,5 faizi görülüb. Yolun işıqlandırılması istiqamətində də işlər davam etdirilir.
Ümumilikdə Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 76 faizi yekunlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Haciqabul_Yevlax_yolunda_yenidenqurma_isleri_tamamlanir_VIDEO-908191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR