Nazirlik: ​"Azərinşaat"dan alınan 80 mln. manatlıq yol tikintisi layihəsi başqa şirkətə həvalə olunacaq

12:46 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Ələt-Astara-İran dövlət sərhədi avtomobil magistralının Masallı-Astara yolunun A hissəsinin tikintisinin "Azərinşaat" MMC-dən alınıb və tikintinin tamamlanması işlərini başqa şirkət həyata keçirəcək. Bu barədə "Report"a Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, yolun bu hissəsinin layihə dəyəri 80 mln. manat civarındadır: "Azərinşaat" işin təxminən 70%-ni həyata keçirib. Amma artıq onlarla əməkdaşlığa rəsmən xitam vermişik. İndi yolun qalan hissəsinin inşası üçün bu sahə üzrə ixtisaslaşmış "Polad İnşaat", "Özgün İnşaat" və "Kolin İnşaat" şirkətlərlə danışıqlar aparılır".
Qeyd edək ki, bu ilin iyunun 30-da "Azərinşaat"la bağlanmış müqavilənin müddəti başa çatıb və "Azərinşaat" inşa etməli olduğu 22,15 km-lik yolun tikintisini başa çatdıra bilmədiyi üçün müqavilənin müddəti uzadılmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/nazirlik-azerinsaat-dan-alinan-80-mln-manatliq-yol-tikintisi-layihesi-basqa-sirkete-hevale-oluna

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR