Elmar Məmmədyarov ATƏT DTİHB-nin direktoru ilə görüşüb, Azərbaycanın narazılıqlarını çatdırıb

Elmar Məmmədyarov ATƏT DTİHB-nin direktoru ilə görüşüb, Azərbaycanın narazılıqlarını çatdırıb
12:47 4 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Maykl Link ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir ATƏT DTİHB-nin bu ilin noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin təşkilatın mandatına zidd olduğunu bildirib. E.Məmmədyarov Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının ATƏT DTİHB-in müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğulayıb. 
Nazir Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun hansı prinsip və metodologiya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Maykl Link ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirərək, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/elmar-memmedyarov-atet-dti-hb-nin-direktoru-ile-gorusub-azerbaycanin-naraziliqlarini-catdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR