İranın 12 əyalətində qar və çovğun var

İranın 12 əyalətində qar və çovğun var
12:48 4 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Ötən 24 saat ərzində İranın 12 əyalətində qar və çovğun var və biz çovğunda yardıma ehtiyacı olan 2500 avtomobilə yardım göstərmişik. Bunu İranın yardım və xilasetmə təşkilatının sədr müavini Hüseyn Dərvişi deyib. Trend-in məlumatına görə, bu barədə İranın tasnimnews xəbər saytı məlumat verib.

H.Dərvişi deyib ki, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, İsfahan, İlam, Çahar Mahal və Bəxtiyari, Zəncan, Kürdüstan, Kirmanşah, Gilan, Mazandaran və Həmədan əyalətlərində ötən 24 saat ərzində qar və çovğun olub: “Çovğunda yardıma ehtiyacı olan 570 nəfərə yardım göstərilib, 5 nəfər yaralı xəstəxanlara çatdırılıb”.

O həmçinin əlavə edib ki, 660 nəfər sığınacaqlarda yerləşdirilib və onlar isti yemək və geyimlə təmin olunublar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2465069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR