Dünyanın ən populyar əməliyyat sistemi hansıdır?

Dünyanın ən populyar əməliyyat sistemi hansıdır?
12:51 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

«Net Market Share» xidmətinin məlumatına əsasən, indi dünyada «Microsoft» şirkətinin yeni «Windows 10» əməliyyat sisteminin (ƏS) yayılma göstəricisi 9 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, sentyabrda bu göstərici 5,38 faiz olub. Mütəxəssislər bildirir ki, proqram nəhənginin ödənişsiz yeniləmə funksiyası «Windows 10» ƏS-nin populyarlaşmasına imkan yaradıb.
 
 
«ICTnews.az» elektron xəbər xidməti «it-weekly.ru» resursuna istinadən yazır ki, bu halda «Microsoft» şirkətinin ən populyar ƏS-i 56.11 faiz bazar payına malik «Windows 7» platformasıdır. İndi «Windows Vista» və «XP» ƏS-nin bazar payları müvafiq olaraq 1,61 və 10,59 faiz təşkil edir. «Windows 8.1» sisteminin payı 11,15, «Windows 8»-də isə 2,88 faizdir.
 
 
ABŞ-da «Windows 10» ƏS-nin yayılma göstəricisi 12.79 faiz, Çində 4.33 faizdir. Danimarkada isə artıq fərdi kompüterlərin 20 faizinə sözügedən sistem qurulub.
 
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40131-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR