"Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu hərb variantıdır"

"Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu hərb variantıdır"
12:52 4 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirən əsas amil Avropa ictimaiyyətinin Azərbaycanın mövqeyini anlamağa başlamasıdır. AŞPA-nın siyasi və sosial komitələrinin qısa fasilə ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir-birinin ardınca iki qətnamə qəbul etməsi bunun ən yaxşı əlamətidir. Amma məsələnin digər tərəfi təhlil üçün daha ciddi maraq yaradır.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ermənilərin etirafına görə, onlar AŞPA-da qətnamələrin qəbul edilməməsi üçün bütün resurslarını işə salsalar da, bunun qarşısını ala bilmədilər: "Avropa və ABŞ cəmiyyətində heç kim AŞPA-nın qətnamələrini tənqid etmədi. Ermənilərin AŞPA-nın qətnamələrini pisləmək üçün Avropaya və ABŞ-a müraciət etmələri şübhəsizdir. Ermənilərin müraciətləri cavabsız qaldı. Bu isə ermənilər üçün böyük itkidir. Azərbaycanın qoşunların təmas xəttində üstünlüyü əldə etməsi də beynəlxalq aləmdə cavabsız qaldı. Amerikalı həmsədr C.Uorlikin AŞPA qətnamələrinə münasibəti isə ziddiyyətlidir. Sonuncu mövqeyi Ermənistan mətbuatına verdiyi müsahibədə açıqlaması: "Biz beynəlxalq qurumlara Dağlıq Qarabağ məsələsinə münasibət bildirməyi qadağan edə bilmərik". Əslində, C.Uorlikin yeddi rayonu Azərbaycana qaytarılması ilə bağlı verdiyi bəyanatla birlikdə, bu bəyanat Ermənistan üçün daha böyük itkini ATƏT MQ ilə münasibətdə olduğunu demək olar".

M.Əhmədoğlu bildirib ki, ölkə prezidenti İ.Əliyev Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini artırıb, vurğunu daha çox Ermənistan ərazilərinin Azərbaycana məxsusluğu üzərinə qoydu: "Türkiyədə G-20-nin sammitində İ.Əliyev çıxışının əsas hissəsini Dağlıq Qarabağ münaqişəsi ətrafında qurmuşdu. İndiki reallıqda Azərbaycanın iqtisadi perspektivlərindən danışmaq da Dağlıq Qarabağ tənzimlənməsinə yardım edən parametrdir. Ölkə prezidenti YUNESKO-da çıxışı zamanı G-20-də başladığı mövqeni davam etdirdi. G-20-yə və onun dalınca Parisə, YUNESKO-nun tədbirinə yola düşməzdən öncə prezident İ.Əliyev hərbi aviasiya sahəsi ilə tanış oldu. Azərbaycanın hərbi imkanlarının artırılması barədə göstəriş verdi. Bu iki mühüm tədbirə yola düşən prezidentin özünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəltməsi idi. Prezidentin hərbi aviasiyaya baxış keçirilməsinə diqqəti yönəldən daha bir amil, məhz həmin gün hərbi aviasiya qüvvələrinin keçirdiyi hərbi təlimləri baş nazirin birinci müavini Y. Eyyubovun izləməsi idi. Prezident məhz həmin gün hərbi aviasiyaya baxış keçirməklə vacib mesajını verdi".

Mərkəz rəhbəri bildirib ki, Azərbaycan XİN-i də aktivliyini və sərtliyini artırıb. ATƏT MQ-nin fəaliyyətinin nəticəsini sıfır adlandırdı: "ATƏT MQ adından danışan C. Uorlikin bütün bəyanatlarına sərt şəkildə cavab verdi. Azərbaycan XİN AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qətnaməyə verdiyi münasibəti uğurlu diplomatik tapıntı idi. AŞPA-nın Parisdə keçirilən sosial komissiyasının iclasında həmin qətnamə qəbul edilərkən Azərbaycan XİN operativ münasibət bildirdi. Belə önləyici mövqe ilə o, Uorliki neqativ münasibət bildirməkdən çəkindirə bildi. Dağlıq Qarabağ tənzimlənməsində hərbi parametrlər tamamilə Azərbaycanın xeyrinə dəyişib".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu hərb variantıdır: "Ermənistanın bütün davranışı bunu göstərir. Hərbi faktorun indiki reallıqda işləməsini şərtləndirən əsas amil Rusiya ilə bağlıdır. Amma Rusiyadan Dağlıq Qarabağ münaqişəsi regionundakı hərbi əməliyyat ssenarisinə baxarkən, Azərbaycanla yanaşı, Türkiyə də görünür. İndi Su-24 insidentinə görə, Türkiyə və Rusiya az qala müharibə vəziyyətindədir. Azərbaycan rəhbərliyi belə vəziyyəti əvvəlcədən proqnozlaşdırdığı üçün hərbi sahədə xüsusi aktivlik nümayiş etdirmədi. Ehtimal ki, Türkiyə və Rusiya arasında son insident Rusiyanın Azərbaycana daha da yaxınlaşmasına vadar edəcəkdir. Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların intensivləşməsi üçün daha əlverişli şərait yarana bilər. Dağlıq Qarabağ tənzimlənməsinin indiki mərhələsində Azərbaycan humanizm faktorunu qabartdı. Azaraq Ermənistan Azərbaycan sərhədini keçmiş yaşlı erməni qadını qısa müddət ərzində Azərbaycan geriyə qaytardı. Eləcə də, bu ilin martında ağ bayraq qaldıraraq Azərbaycana tərəfə keçmiş erməni müqaviləli hərbçisini erməni tərəfə təhvil verdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR