Azərbaycanda vahid istintaq orqanı yaradıla bilər

Azərbaycanda vahid istintaq orqanı yaradıla bilər
12:54 4 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

“Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələ, Nardaran və digər hadisələr dövləti qarşısına qoyduğu hədəfdən yayındırmır".

 

APA-nın məlumatına görə, bunuMilli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

 

Milli Təhlükəsizlik Nazirliyində aparılan son həbslərə toxunan Z. Oruc qeyd edib ki, bəlkə də heç bir dövlətdə təhlükəsizlik orqanlarında bu qədər şəxs həbs olunmayıb: “Prokurorluqda təhlükəsizlik orqanlarına nəzarətlə bağlı qurum var. Bu qurum son illərdə təhlükəsizlik orqanlarının hansı iddialarını rədd edib? Ayrı-ayrı dövlət orqanlarında istintaq qurumları ləğv edilməlidir. Vahid istintaq orqanının yaradılması məsələsinə də baxıla bilər”.

 

Z. Oruc deyib ki, İslamı ələm uçurtmaq və digər hallarla nümayiş etdirmək hallarına rast gəlinir: "Nardaranda meydanlara İmam Hüseyn, İmam Əli və digər adlar verilib. Azərbaycan hüquqi dövlətdir və meydanlara dini adların verilməsi kimi məsələlər də qanunvericiliklə müəyyənləşdirilməlidir. Ekstremizmin maliyyələşməsi məsələsinə də toxunmaq istəyirəm. Pirlərdə, ziyarətgahlarda toplanan vəsaitlər hara xərclənir? Nardarandakı ziyarətgahlarda toplanan ianələr hara xərclənir, hansı problemin həllinə yönəldilib? Görünür, bu vəsaitlər hansısa problemin həllinə yox, silah alınmasına və digər zərərli məqsədlərə sərf olunub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR