Bakı. Trend:
Dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır.
Trend-in məlumatına görə, belə bir təkliflə Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.
Z.Oruc qeyd edib ki, dünyada terrorizmlə fəal mübarizə gedir və terrorizmin maliyyələşdirilməsi özü bir cinayətdir: “Düşünürəm ki, bütün ziyarətgahlarda toplanan ianələrin hesabatı aparılmalıdır. Nə qədər vəsair yığılır, nə qədər xərclənir, məlum deyil. Deyilənlərə görə, təkcə Nardaranda dini ayinlər zamanı bir milyon manata yaxın pul yığılıb. Göründüyü kimi, bu vəsait qəsəbənin inkişafına deyil, terrorizmin maliyyələşdirilməsin və silah alınmasına sərf edilir".
Bizi Twitter-dən izləyin: @trend_az