Nardaran əməliyyatı Maştağaya keçdi: silah tapıldı

Nardaran əməliyyatı Maştağaya keçdi: silah tapıldı
13:09 4 Dekabr 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müsəlman Birliyi"nin fəalının evində axtarış aparılıb

Noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun evində axtarış aparılıb.

 

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, E. Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib və onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR