Azərbaycanlı aparıcı efirdən gedir

Azərbaycanlı aparıcı efirdən gedir
13:12 4 Dekabr 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

"Xəzər" telekanalında yayımlanan "İncilər" verilişinin aparıcısı Samirə Rəhimova efirdən gedir. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda açıqlamasında aparıcı özü deyib. Hamilə olan Samirə analıq məzuniyyətinə çıxdığını bildirib:

"Bu həftə mənim çəkdiyim sonuncu veriliş yayımlanacaq. Övladım dünyaya gəldikdən sonra yenidən aparıcılığa qayıdacam. Böyük ehtimalla bu gələn ilin əvvəlinə təsadüf edəcək. Eyni zamanda yeni bir layihəm də olacaq".

Qeyd edək ki, S.Rəhimova psixoloq Kənan Rəhimovla ailəlidir. Cütlüyün toyu ötən il olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR