Musiqili Teatrda Yeni il şənliklərinə hazırlıq görülür

Musiqili Teatrda Yeni il şənliklərinə hazırlıq görülür
13:13 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında Yeni il şənliklərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yeni il şənlikləri ilə əlaqədar teatrda bayram tədbirləri dekabrın 24-dən yanvarın 10-dək davam edəcək. Sənət ocağında bu il tam fərqli, bir çox yeniliklərlə zəngin əsl bayram şousu, həmçinin nağıl-tamaşa hazırlanır. Məşqləri ciddi şəkildə davam edən nağıl-tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqili_Teatrda_Yeni_il_senliklerine_hazirliq_gorulur-908206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR