“Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən silah-sursat tapılıb

“Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən silah-sursat tapılıb
13:18 4 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

“Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən olan şəxsin evindən silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR