Ermənistan itkilərini açıqladı

Ermənistan itkilərini açıqladı
13:21 4 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-ü gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan silahlı birləşmələri itkisi haqda məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan hərbçilərinin Erməni tərəfinin təxribatının qarşısını qətiyyətlə alması nəticəsində geri çəkilməyə məcbur edilən qarşı tərəfin xeyli sayda itki verməsi bildirilsədə Ermənistan bir əsgərinin həlak olduğunu açıqlayıb. Bu 1995-ci il təvəllüdlü Erik Qriqoryandır.

Eyni zamanda qarşı tərəflə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Bu son bir neçə gündə cəbhədə ermənilərin yaralaadığı ikinci hərbçimizdir. Daha iki hərbçimiz isə erməni gülləsinin qurbanı olub. Ötən gün gizir Novruzov Fariz Əlabbas oğlu qarşı tərəfin atdığı güllənin sapması nəticəsində həlak olub.

Noyabrın 30-da qoşunların təmas xəttində qarşı tərəflə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olmuşdu. O doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.


Şəhid olan gənc əsgər - İsmayılov Elşən

Həmin gün ermənilər daha bir hərbçimizi yaralamışdılar. Qarşı tərəflə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR