Bakıda əsən güclü külək nə vaxt səngiyəcək?

Bakıda əsən güclü külək nə vaxt səngiyəcək?
13:32 4 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Dekabrın 5-i gündüzdən 7-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR