Nizami Kino Mərkəzində tamaşalar göstəriləcək

Nizami Kino Mərkəzində tamaşalar göstəriləcək
13:34 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi yeni layihəyə qatılıb. Dekabr ayının əvvəlindən etibarən mərkəzdə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim ediləcək. Bu layihə British Council Azərbaycan, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, CoolConnections şirkəti ilə birgə hazırlanıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

 

Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı dahi Vilyam Şekspirin “Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.

Nümayiş oluncaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəsüratı yaradacaq.

 

TheatreHD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15 –nə planlaşdırılıb.

British Council Azərbaycan-ın direktoru Elizabet Vayt layihə ilə əlaqədar verdiyi şərhdə deyib: “Mən böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəmizə start veririk və ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq. Xüsusilə ilk tamaşanı izləmək üçün çox səbirsizlənirəm.”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR