Nardaran hadisələri ilə bağlı daha bir axtarış

Nardaran hadisələri ilə bağlı daha bir axtarış
13:36 4 Dekabr 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran hadisələrinin təşkilində adı hallanan "Müsəlman Birliyi"nin daha bir fəalının evində axtarış aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Elçin Qasımovun Maştağa qəsəbəsindəki evinə baxış keçirilib.

Noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Nardaran qəsəbəsi ərazisindən ötəmn gün də silah-sursat aşakarlanıb. Torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb.

Əlavə edək ki, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntülər

Dekabrın 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR