Ziyafət Əsgərov: "Məscid nə vaxtdan siyasi diskussiya yeri olub?"

13:42 4 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

O qeyd edib ki, məsciddən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir: “Hərdən oturub Nardaranda baş verənlər haqqında düşünəndə adamda suallar yaranır ki, məscid nə vaxtdan siyasi diskusiya yeri olub? Görmüşük ki, hər kəs məsciddə ibadət edər. Onlar isə məsələnin əsl mahiyyətini bir kənara qoyub orada siyasətlə məşğul olurlar. Hər kəsə bəllidir ki, din siyasətdən ayrıdır. Odur ki, sizin siyasətlə nə işiniz var? Get işinlə məşğul ol. Hərəsi bir rəngdə bayraq asır. Bu bayraq anlayışı harada yazılıb? "Qurani-kərim"də bayraqla bağlı nəsə yazılıb? Bu sadəcə mənası və məzmunu olmayan bir şeydir. Hətta bunu imamların adları ilə bağlayırlar. Ayıbdır axı”.
Z.Əsgərov vurğulayıb ki, hazırda XXI əsr olsa da, hələ də qulağımızın dibində orta əsrdə yaşayan insanlar var: “Uşaqları dinlə bağlı danışarkən videoya çəkirlər. Onların elmlə məşğul olan vaxtıdır. Biz isə onları qara qüvvələrin içərisinə itələyirik. Bu cəhalət əksər hallarda xaricdən bizə idxal olunur. Bunun icraçıları da xaricdə bir qəpik qiyməti olmayan insanlardı. Onlara da lazımdır ki, burada vəziyyəti qarışdırsınlar".
Milli Məclis sədrinin birinci müavini deyib ki, Azərbaycanda 90-cı illərin əvvəllərindəki vəziyyət müşahidə olunmur: "Hər kəs ürəyi istədiyi rəngdə bayraqdan istifadə edə bilməz. Azərbaycanın bir dövlət bayrağı var ki, o da üçrənglidir və konstitusiyada təsbit olunub. Ona görə də məscidlərdə və dövlət qurumlarda o bayraqlar dalğalanmalıdırt”.  

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/ziyafet-esgerov-mescid-ne-vaxtdan-siyasi-diskusiya-yeri-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR