Aktrisa Selma Ergeç dünən paparassilərin hədəfinə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ticarət mərkəzinin çıxışında jurnalistlərin "hamiləsiniz?" sualından utanaraq sakit səslə cavab verib:
"Mən bu mövzuda heç nə demək istəmirəm. Onsuz siz öz müşahidə və nəticələrinizi yazırsınız".
37 yaşlı S.Ergeç sentyabrda Can Özlə ailə qurub. O, son olaraq "Möhtəşəm yüz il" (Hatice Sultan) və "Gönül işleri" (Saadet) seriallarında, "Kırımlı" filmində yer alıb.