Milli Məclis terrorçuların Azərbaycan vətəndaşlığndan çıxarılmasını nəzərdə tutan layihəni qəbul edib

13:47 4 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan əlavələr layihəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilib.
Əlavəyə görə, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəblərin yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa vətəndaşlıqdan məhrum ediləcək.
Layihə səsverməyə qoyularaq qəbul edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclis-terrorcularin-azerbaycan-vetendasligndan-cixarilmasini-nezerde-tutan-layiheni-qebul-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR