Bakı, 4 dekabr, AZƏRTAC
Misirin paytaxtında otellərin birində yerləşən gecə klubuna silahlı hücum nəticəsində 18 nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, naməlum silahlı şəxslər Qahirənin Aquza məhəlləsindəki “Şəhrizad” otelində yerləşən və gənclər arasında populyar olan restorana soxulublar. Onlar restorana yandırıcı maddələrlə dolu şüşələr ataraq oradakı insanlara atəş açmağa başlayıblar. Nəticədə binada güclü yanğın baş verib.
Hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Ölənlərin əksəriyyətinin restoranın işçiləri olduğu bildirilir.