Azərbaycanla Qazaxıstan standartlaşma sahəsində hökumətlərarası saziş imzalayıblar

14:03 4 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 4-də Azərbaycan ilə Qazaxıstan arasında standartlaşma sahəsində hökumətlərarası saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, saziş Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Bakıda keçirilən 12-ci iclası çərçivəsində imzalanıb. Sənədi Azərbaycan tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qazaxıstan tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabayev imzalayıblar. Müqavilədə iki ölkə arasında standartlaşdırma sahəsində təcrübə mübadiləsinin aparılması öz əksini tapıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanla_Qazaxistan_standartlasma_sahesinde_hokumetlerarasi_sazis_imzalayiblar-908229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR