Avstriya Hava Yolları Bakı reysini dayandırır

Avstriya Hava Yolları Bakı reysini dayandırır
14:08 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 4 dekabr, AZƏRTAC
Avstriya Hava Yolları konserni gələn il yanvarın 12-dən etibarən Vyana-Bakı-Vyana reysi ilə uçuşları dayandıracaq.
Aviakonsernin mətbuat xidmətindən bildiriblər ki, tələbatın aşağı düşməsi və müəyyən müddətdən bəri müvafiq minimum həcmin olmaması bu addımı atmağa vadar edib.
Vyana-Bakı-Vyana marşrutu üzrə sonuncu aviareys yanvarın 11-də gerçəkləşdiriləcək və sonrakı tarixlərə bilet almış sərnişinlərə alternativ variantlar təklif ediləcək.

Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstriya_Hava_Yollari_Baki_reysini_dayandirir-908231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR