Bu gecə Bakı sirkələnəcək (FOTO, VİDEO)

Bu gecə Bakı sirkələnəcək  (FOTO, VİDEO)
14:21 4 Dekabr 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur repçisi Timatı bu gün Azərbaycanda konsert verəcək.

ANS PRESS-in məlumatına görə, əsl adı Teymur Yunisov olan Timati bu axşam Dövlət Bayraq meydanında yerləşən "Elektra Events Hall" –da konsert verməyə planlaşdırır.

Rusiyalı repçinin konsertinin biletlərinin qiymətləridə məlumdur.

Konsertdə ayaq üstdə durmaq üçün 30 manat ödəmək lazımdı. VİP biletlərin qiyməti 150-dən 300 AZN-a qədərdir.

Bu Timatinin Azərbaycana ilk səfəri deyil. Repçi bir neçə dəfə Bakıda konsert verib.

Timati ilk dəfə Rusiyada yayımlanan "Fabrika zvyozd 4" (Ulduz fabriki 4) mahnı müsabiqəsində məşhurlaşıb.


Timatinin Bakıda ki konserti

"Ne sxodi s uma" (Ağlını itirmə), "London", “Devoçka bomba” ("Bomba qız"), “Vse konçaetsya” (Hər şey bitir), "Badımcan" və s. mahnıları ilə populyarlıq qazanıb.

Repçi 1983-cü il avqust ayının 15-i Moskvada anadan olub. Müsahibəsi zamanı rep ifaçısı bildirib ki, atası böyük iş adamıdır. Buna baxmayaraq, valideyinləri tərəfindən elə tərbiyə edilib ki, ehtiyacı olduğu hər bir şeyi öz gücü ilə qazanmalı olub.


Timati - "Badımcan"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR