""Real"a kömək edə bilmərik"

""Real"a kömək edə bilmərik"
14:22 4 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

"Villareal"ın prezidenti Fernando Roiq Çerışev barədə "Real"a düzgün məlumat vermədikləri iddiasına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rioq bu məsələyə klubunun cəlb olunmasını düzgün hesab etməyib. 

""Villareal" bu məsələyə görə heç bir məsuliyyət daşımır. Klubu buna görə ittiham etmək olmaz. Biz öz oyunlarımıza diqqət yetiririk. Biz federasiyadan məlumat aldıq. Gördük ki, futbolçumuz Tomas Pina diskvalifikasiya olunub. Ona görə adını iştirak ərizəsinə daxil etmədik. Amma başqa heç kimə cavabdeh deyilik. İyunun 30-a qədər Denis Çerışev bizim komandanın şərəfini qoruyurdu. Amma indi bu hadisə ilə əlaqədar "Villareal"ın adının nəyə görə hallanmasını anlamıram. "Real"da durumun ciddiliyini anlayıram. Amma kömək edə bilmərik".

Qeyd edək ki, Denis Çerışev ötən mövsüm İspaniya Kubokunda 3 sarı vərəqə aldığından bu mövsüm 1/16 final mərhələsində meydana çıxmamalı idi. Lakin "Cadiz"lə oyunda iştirak edən yarımmüdafiəçi "Real"ın 3:1 hesablı qələbə qazandığı matçda qollardan birinin müəllifi olmuşdu. İndi "Real"ın turnirdən kənarlaşdırılması müzakirə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR