Azərbaycanda yağıntılı hava davam edəcək (VİDEO)

Azərbaycanda yağıntılı hava davam edəcək (VİDEO)
14:26 4 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında gün ərzində hava buludlu və yağıntılı keçəcək. Axşama doğru buludluluq artacaq. Havanın temperaturunun gündüz 7 ° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən - Gədəbəy rayonlarında hava buludlu və yağıntılı keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, axşama doğru sulu qar və qar yağacağı ehtimal edilir. Əsən qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 3° isti olacağı gözlənilir.

Qərb bölgələr: Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Səhər saatlarında da bu bölgələrdə sulu qar, axşama doğru isə qar yağacaq. Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra şimal -qərb küləyi ilə əvəzlənərək bir qədər də güclənəcək. Havanın temperaturu isə 9° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda da qar yağacağı ehtimal edilir. Havanın temperaturunun 5° isti olacağı deyilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru buludluluq artaraq qar yağacağı ehtimal edilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra şimal -qərb küləyi ilə əvəzlənərək bir qədər də güclənəcək. Havanın temperaturu 10° isti olacaq.

Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən günün ikinci yarsından sonra qarla əvəzlənəcək. Havanın temperaturunun gündüz 9° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu, yağmurlu olacaq. Səhər saatlarında sulu qar, axşama doğru isə dağ rayonlarında qar yağacağı bildirilir. Temperatur isə 5° istini göstərəcək.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR