Lənkəranda leysan yağışlar nəticəsində evdə köməksiz qalan ailə xilas edilib

Lənkəranda leysan yağışlar nəticəsində evdə köməksiz qalan ailə xilas edilib
14:39 4 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda yağan leysan yağışlar nəticəsində evdə köməksiz vəziyyətdə qalan ailə xilas edilib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cənub Regional mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Girdəni kəndində leysan yağışları nəticəsində bir ailənin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalmış 4 nəfəri təhlükəsiz əraziyə çıxarılıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR