Milli Məclis şagirdin dərs buraxmasına görə valideynin cərimələnməsi barədə layihəni qəbul edib

Milli Məclis şagirdin dərs buraxmasına görə valideynin cərimələnməsi barədə layihəni qəbul edib
14:42 4 Dekabr 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruğluğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Təklif edilən dəyişikliyə əsasən, bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclis-sagirdin-ders-buraxmasina-gore-valideynin-cerimelenmesi-barede-layiheni-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR