Əhməd Davudoğlu Heydər Əliyevin məzarını ziyarət edib

Əhməd Davudoğlu Heydər Əliyevin məzarını ziyarət edib
14:42 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu dekabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR