Xaricdə dini təhsil alanlara QADAĞA təsdiqləndi

Xaricdə dini təhsil alanlara QADAĞA təsdiqləndi
14:44 4 Dekabr 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

 

Ziyafət Əsgərov: “Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir”

 

 

Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın xəbərinə görə, qanun layihəsi barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

 

Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.

 

S. Novruzov bildirib ki, qanunun əvvəlki redaksiyasında da xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimlər aparılmasına qadağa qoyulub: “Ancaq belə şəxslər daha sonra Azərbaycanda 2 il dini təhsil alaraq dini ayin və ibadətləri aparmağa başlayıblar. Yəni vəziyyətdən özləri üçün çıxış yolu tapmışdılar. Bunun qarşısı alınacaq. Buna görə də qanunun 21-ci maddəsi yeni redaksiyada verilir, xaricə dini təhsil alanların ümumiyyətlə, Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyulur. Çünki xaricdə dini təhsil alanlar o ölkələrin dini adət-ənənələrini də Azərbaycana gətirirlər. Məsələn, Taleh Bağırzadə xaricdə dini təhsil almayıb, 2 il başqa ölkədə dini təlim alıb”.

 

Millət vəkili Fazil Mustafa dini atributlar məsələsinə aydınlıq gətirilməsini istəyib: “O halda təsbeh də, ətir də atributdur. Ona görə də atribut məsələsinin çıxarılmasını təklif edirəm. Digər tərəfdən, islam dinində heç bir dini bayraq yoxdur. Əməvilərin, Abbasilərin öz bayrağı olub, peyğəmbər döyüşə gedəndə ayrıca bayraqla gedib. Bu gün də islam adlanan dövlətlərin hamısının bayraqları fərqlidir. Azərbaycan cəmiyyətini islama aid olmayan bayraq və atributlardan qurtarmaq lazımdır”.

 

MM sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycandan dövlət xətti ilə dini təhsil almağa göndərilənlər olmadığını bildirib: “Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir. Azərbaycanda İslam Universiteti, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi mövcuddur. Xaricdə dini təhsilə nə ehtiyac var? Gördük ki, gedənlər sonra nə edirlər”.

 

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Bu barədə qanun layihəsi də Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Alimlər məlumatların optik çiplərdə saxlanılması üsulunu təklif ediblər

19 Sentyabr 2017 17:35

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə buraxılan markalar imzalanıb və möhürlənib

19 Sentyabr 2017 17:35

İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

19 Sentyabr 2017 17:32

Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

19 Sentyabr 2017 17:32

Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...

19 Sentyabr 2017 17:28

Ədliyyə naziri Samuxda vətəndaşları qəbul edəcək

19 Sentyabr 2017 17:22

Sentyabrın 20-nə manatın məzənnəsi

19 Sentyabr 2017 17:22

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

19 Sentyabr 2017 17:18

Manatın sabaha olan MƏZƏNNƏSİ

19 Sentyabr 2017 17:18

Sumqayıtda başlayacaq, Qəbələdə bitəcək

19 Sentyabr 2017 17:17

Kosmetika zavodundakı yanğın söndürüldü

19 Sentyabr 2017 17:17

"ÜAK-la bağlı qərar fəaliyyətimizin zəifləməsinə səbəb olmayacaq" - Komitə sədri

19 Sentyabr 2017 17:14

Nazim İbrahimov: “Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur”

19 Sentyabr 2017 17:12

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

19 Sentyabr 2017 17:12

Qalstuku bu üsulla bağlayın

19 Sentyabr 2017 17:12

Yaponlar Azərbaycanın bu universitetinə 131 min manat sərmayə qoydu

19 Sentyabr 2017 17:08

“Gazelli Group”da baş verən yanğın söndürülüb

19 Sentyabr 2017 17:07

"Bank VTB (Azerbaijan)" ASC plastik kart sahiblərinə yeni xidmət təklif edir

19 Sentyabr 2017 17:07

AFFA: Qərar sabah məlum olacaq

19 Sentyabr 2017 17:03

“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

19 Sentyabr 2017 17:02

Türkiyə müharibəyə başlaya bilər

19 Sentyabr 2017 16:58

Tutulan futbolçunun atası: "Oğlumla maraqlanmamışam"

19 Sentyabr 2017 16:49

“Bu anbarda deputatların alınması üçün...” – Saakaşvilidən ŞOK İDDİA

19 Sentyabr 2017 16:48

PFL bu oyunun yerini dəyişdi

19 Sentyabr 2017 16:47

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub

19 Sentyabr 2017 16:47

"Sumqayıt" - "Qarabağ" oyununu saat neçədə başlayacaq?

19 Sentyabr 2017 16:47

Ermənilərin ölümlə təhdid etdiyi tarixçi Baş prokurorluğa üz tutdu

19 Sentyabr 2017 16:43

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

19 Sentyabr 2017 16:42

Bakıda məşhur kosmetika zavodu YANIR

19 Sentyabr 2017 16:42

Bakıda "Gazelli"nin zavodu yanır - VİDEO

19 Sentyabr 2017 16:38

“Nokia 9” smartfonunun yeni fotoları dərc edilib

19 Sentyabr 2017 16:35

Məmmədyarov Nalbandyanla görüşəcək - Amerikalı həmsədr

19 Sentyabr 2017 16:34

Bu da Xalq artisti - Aygünün konsert biletlərinin cəmi 7%-i...

19 Sentyabr 2017 16:33

Ukraynadakı azsaylı xalqlar ölkədə siyasi sabitliyin qorunmasının tərəfdarı olduqlarını bəyan ediblər

19 Sentyabr 2017 16:32

Son günlər barışan məşhurlar

19 Sentyabr 2017 16:32

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

19 Sentyabr 2017 16:29

İraq neft hasilatını daha 1% azaltmağı təklif edib

19 Sentyabr 2017 16:27

“Turan” haqqında məlumatlar həqiqəti əks etdirmir

19 Sentyabr 2017 16:25

Bakıda bit problemi - Millət vəkili şikayətçidir

19 Sentyabr 2017 16:24

Nazarbayev Vaşinqtonu dəstəklədi: Moskvaya qarşı növbəti GEDİŞ

19 Sentyabr 2017 16:23

AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib

19 Sentyabr 2017 16:22

Azərbaycanda sulu qəlyan tam qadağan oluna bilər

19 Sentyabr 2017 16:19

Azərbaycanda qəlyan qadağan olunur?

19 Sentyabr 2017 16:19

Dünyanı xilas edə biləcək BİRCƏ FOTO: "Qum dənə"sinin içində daşlanan qadın - RƏYLƏR

19 Sentyabr 2017 16:18

Nicatın atası danışdı: "Onluq heç nə yoxdur"

19 Sentyabr 2017 16:17

Çinarədən türkiyəli məşhur aktyora dəvət

19 Sentyabr 2017 16:17

Bakıda şadlıq evinin qarşısında ağır qəza: qadın öldü

19 Sentyabr 2017 16:14

Uşaqlar üçün kiçik burgerlər hazırlaya bilərsiniz

19 Sentyabr 2017 16:13

İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: torpaqlarımızla bağlı İKİ MÜƏMMA

19 Sentyabr 2017 16:08

Türk Şurası İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu almaq fikrindədir

19 Sentyabr 2017 16:07