Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi
14:46 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müşahidə edilən şaxtalı və qarlı hava şəraiti ilə bağlı müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə bildirib ki, hazırda yollarda buzlaşma müşahidə edilmir, nəqliyyat vasitələri yollarda sərbəst şəkildə hərəkət edir: "Ağsu dolaylarında bir qədər qar müşahidə edilsə də, yolların hərəkət istiqamətində hər hansı problem yoxdur. Dağlıq və dağətəyi rayonlarda gecələr havanın temperaturunun enməsi və yolların nəm olması nəticəsində müəyyən qədər buzlaşma ola bilər. Sürücülərin belə ərazilərdə diqqətli olmaları tövsiyyə olunur".


Kamran Əliyev- BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Kamran Əliyev sürücülərin bir neçə tövsiyələrə əməl etmələrini də ded. O, qeyd edib ki, yola çıxanlar qış mövsümünə uyğun şinlər (təkər) istifadə etməlidirlər. Mövsümə uyğun şinləri olmayan nəqliyyat vasitələri ilə qarlı və buzlu ərazilərdə olan yollardan mümkün qədər az istifadə etsinlər. Həmçinin qaranlıq vaxtlarda həmin istiqamətlərdə yola çıxmasınlar.

Şöbə rəisi həmçinin dünəndən başlayan soyuq hava nəticəsində hələlik heç bir qəzanın qeydə alınmadığını bildirib.

Qarlı hava ilə əlaqədar olaraq ən təhlükəli yolardan biri də Quba-Xınalıq yolu hesab edilir. "Azəryolservis"dən ANS PRESS-ə verilən məlumata görə, adıçəkilən yol istisna olmaqla respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem yoxdur. Nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün cəmiyyətin əmədaşları tərəfindən gecə boyu lazımi tədbirlər görülüb, yollar qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib.

Quba Xınalıq yolunda Bostankeş və Xınalıq kəndləri arasındakı olan yol artıq təmizlənib və Quba şəhəri istiqamətinə doğru təmizlənmə işləri davam etdirilir. Qubadan Xınalıq kəndi istiqamətində də xüsusi texnikalarla yolun qardan təmizlənməsi işləri aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR