Bakı metrosunda ilk: sərnişinlər üçün canlı konsert - video

Bakı metrosunda ilk: sərnişinlər üçün canlı konsert - video
15:01 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Bakı Metropoliteni” QSC-də yeni sosial layihənin icrasına başlanılıb.

Axşam.az xəbər verir ki, bu gün “28 may” metrostansiyasının girişində sərnişinlər maraqlı səhnə ilə qarşılaşıblar. Onlar Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət simli kvartet qarşılayıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin dediklərinə görə, layihədə məqsəd dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək və metro sərnişinlərinə xoş əhval bəxş etməkdir.
 
Layihə bu ayın sonunadək həftənin 5-6-cı günləri ayrı-ayrı metro stansiyalarında keçiriləcək. Sərnişinlərə klassik musiqi ilə yanaşı, milli musiqi nümunələri də təqdim olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR