İnam Kərimov: “Gənclər öz dəyərlərinin radikalı olmalıdır”

İnam Kərimov: “Gənclər öz dəyərlərinin radikalı olmalıdır”
15:17 4 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ “Bütün cəmiyyətlə birlikdə radikalizmə qarşı mübarizə aparmalıyıq və bu mübarizədə gənclər öndə olmalıdır. Radikalizmə və dövlətimizə olan təhlükəyə qarşı “ASAN könüllüləri” öz mövqeyini göstərməlidir. Gənclər öz dəyərlərinin radikalı olmalıdır, bunun üçün biz öz biliyimizə, savadımıza müasirliyimizə əsaslanmalıyıq”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. 
O bildirib ki, Azərbaycan bu gün sosial-iqtisadi və hərbi cəhətdən qüdrətli və müstəqil siyasətə malik dövlətdir: “Azərbaycan regionun lideridir. Ancaq bu gün Azərbaycanın dünyada artan nüfuzu və qüdrətini qəbul etməyən, inkişafını gözü götürməyən bəzi qüvvələr var. Bu qara qüvvələr hər vəcflə Azərbaycanın sarsılmasını və zəifləməsini istəyirlər. Bunun üçün də onlar müxtəlif metodlara əl atırlar, o cümlədən cəmiyyətdən müxtəlif yollarla narahatçılıqlar törətmək istəyirlər. Bu metodlardan biri də cəmiyyətdə dini radikalizmin və ekstremizmi təşkil etmək və din pərdəsi altında cəmiyyətdə qorxu yaratmaqdır. Çox təssüf olsun ki, onların hədəf qrupları bəzi hallarda məhz gənclərdir”.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/i-nam-kerimov-gencler-oz-deyerlerinin-radikali-olmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR